REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
    84 research outputs found

    Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri

    No full text
    səh.100Bugünə qədər obyektiv və subyektiv səbəblərdən ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş çoxsaylı sanballı sənətkarlarımızdan biri də Mirzə Müslüm Qüdsi İrəvanidir (1755- 1822). O, Məhəmməd şahın hakimiyyəti dövründə 13 il (1835- 1848) İranın sədri-əzəmi olmuş Hacı Mirzə Ağası Fəxri İrəvaninin atasıdır. Hələlik elm aləminə onun “Divan”ı məlumdur. Bu “Divan”da şairin fars, türk və ərəb dillərində əsərləri toplanmışdır. Məlum olduğu kimi, orta əsrlərdə Yaxın və Orta Şərqdə üçdillilik (türk, fars, ərəb) mövcud olmuş, bir çox alim və şairlərimiz öz əsərlərinin ya hamısını, ya da bir hissəsini fars, yaxud da ərəb dillərində yaratmışlar. Ona görə də başqa dildə yazılmış ədəbiyyatımızın ana dilinə tərcüməsi, nəşri və təbliği, eləcə də ərəb qrafikası ilə ana dilində qələmə alınmış əsərlərin transfoneliterasiyası qarşıda duran dövlət əhəmiyyətli milli məsələlərdən biridir. Bu işdə azsaylı şərqşünaslarımızın üzərinə daha böyük vəzifələr düşür. Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarix və mədəniyyətimizin, eləcə də onun ayrılmaz hissəsi olan ədəbiyyatımızın öyrənilməsi üçün münbit və əlverişli şərait yaranmışdır. Bu çərçivədə tərəfimizdən “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı” adlı monoqrafiya işıq üzü görmüşdür. Bununla belə, şairin türkcə yaradıcılığı xüsusi maraq doğurduğundan onun türkcə əsərlərinin transfoneliterasiya edilərək fotofaksimilesi ilə birlikdə elmi dövriyyəyə buraxılması məqsədəuyğun hesab olunur. Mövcud əsər Mirzə Müslüm Qüdsi İrəvaninin Təbriz Milli Kitabxanasında 2814 saylı şifrə ilə qiymətli abidə kimi qorunub saxlanan “Divan”ının yeganə əlyazmasının orijinalı əsasında işlənmiş, mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

    İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər

    No full text
    səh.196Tədqiqat işinin əsas məqsədi müasir dövrdə aktuallıq və mühümlük kəsb edən islam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir. Tədqiqatda hər şeydən əvvəl islam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış “pioner” addımlar öyrənilmişdir. Növbəti addım kimi bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilmiş, indiki dövrdə öz əksini tapdığı hüquqi-siyasi qurumlar araşdırılmışdır. Bundan sonra islam həmrəyliyinin Azərbaycan nümunəsinə, Azərbaycan Respublikasında bu istiqamətdə atılmış addımlara diqqət yetirilmişdir. Nəhayət, sözügedən anlayış yeni dünya sistemi və müasirliyin çağırışları kontekstində araşdırılmış, mövcud təsəvvürlər müxtəlif yanaşmalar prizmasından nəzərdən keçirilmişdir

    Müasir dünyada islamofobiya və onun təzahür formaları

    No full text
    səh. 184Əsər giriş, 2 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə dünyada İslama qarşı mübarizə tarixi nəzərdən keçirilir, islamofobiya müstəvisində Azərbaycanda islamın ümumi vəziyyəti şərh edilir. Müasir dünyada islamofobiyadan bəhs edilən 2-ci fəsildə İslama qarşı çıxışlar, eləcə də dövlət, din xadimləri və alimlərin onlara tutarlı cavabları təqdim edilir. Burada həmçinin ərəb alimlərinin islamofobiyaya münasibəti şərh edilir

    İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsi və tarixşünaslıq elminin vəzifələri

    No full text
    səh.100Elmi ictimaiyyətə təqdim olunan bu kitabda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi, elmi redaktorluğu və geniş ön sözü ilə nəşr edilmiş ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” monoqrafiyasının 22 iyun 2018-ci il tarixdə Milli Elmlər Akademiyasında keçirilmiş təqdimat mərasimində edilmiş məruzələr və çıxışlardan ibarət məqalələr toplanmışdır.AME

    AMEA AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞӘRQŞÜNASLIQ İNSTİTUTU 60 ildә

    No full text
    Redaksiya heyәti: Gövhәr Baxşәliyeva - akademik Şahin Mustafayev - akademik Sәbinә Sәlimova - filologiya üzrə fəlsəfə doktoru, dosent (mәsul katib) Ruhәngiz Cümşüdlü - filologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Mәmmәdov - filologiya üzrə fəlsəfə doktoru © akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2018Kitab “AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 fevral 2018-ci il tarixli qərarı əsasında hazırlanmışdır

    III BEYNƏLXALQ HƏMZƏ NİGARİ TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU MATERİALLARI

    No full text
    17-18.05.2017 Şamaxı, AzərbaycanSeyyid Nigari was a member of Naqshbandi sect as a great Sufi poet. The Naqshbandi sect is a current of thought playing a very important role in the history of Muslim and Turkish philosophical thinking. It traces its spiritual lineage to Prophet Muhammad, Abu Bakr, and Hazrat Ali. The genealogies called “Silsilahsharif” and “Silsilat al-Dhahab” (Golden Chain) mention the names of the great founders of the Naqshbandi sect in a chronological order. Vahdat-i Vucud philosophy has a special place in the literary activity of Nigari. The relations between Khalig (Creator) and makhlug (creature) are reflected with the words “nagsh” (ornament) and “Naggash” (Ornamenter). These words describe the ties between Alemi-Kull and alemi-cuz. A wise ashik (lover) should pay attention to the Naggash, but not the nagsh. According to the poet, as all creatures reflect God’s power, they deserve to be loved. The poet considered human face as a manifestation of the Truth (God) and therefore, he saw Holy Koran in human face and Koran ayets (verses) in the separate traits. Furthemore, it is possible to notice the influences of great thinkers such as Ibn-al Arabu and Imam Gazali on Nigari’s thoughts. In his works, Nigari remembered B.Naqshibandi, the Founder of the Naqshibandi sect, and his follower I.Shirvani with deep respect. Seyyid Nigari also held Mevlana’s character and literary activity in high esteem. The poet call people not to prefer the material world, not to love material richness. Nigari thought that the people should avoid love for material things and not obey anyone else except God. Each of his ghazals refers to one or more Koran ayets. His source of inspiration was mystery and philosophy of Koran. In his work named “Nigarnama” the poet described the stages which the salik passed. As in most of the mystical works, in “Nigarnama” the spiritual path of the Lover of God consists of seven stages, too. After passing through the stages of wish, love, decency, belief of oneness of God, amazement, satisfaction, disappearance, and immortality the Salik meets with God. Mystic thoughts are also reflected in “Chaynama” allegorical work by Seyyid Nigari. The samovar symbolizes murshid (teacher), and the cups represent murids (students). The samovar which is full of water and fire embodies the ashik who is moved to tears and burst into flames of love. Scent, taste, and colour of tea typify divine mysteries; and honey, sugar, cream and others represent divine meanings which are interpreted by the murshid’s narrative. Comparison of tea with a rose and its scent are associated with Haqiqat al-Muhammadiyya. Although in Sufism the barrel house is described as a place where divine meanings are manifested, the tea set symbolizes a more decent and educated gathering

    Роль арабских масдаров в словообразовании персидского языка

    No full text
    В данной работе впервые даётся системное и целостное представление об одной из самых распространённых в лексике персидского языка групп арабских заимствований – масдаров, и в частности масдаров I и II породы. Впервые выявлен перечень моделей арабских масдаров I породы, используемых в персидском языке, впервые арабские масдары I и II породы рассматриваются в аспекте способов персидского словообразования. При этом в качестве источника при обнаружении арабо-персидских гибридных слов, в основном, используется толковый словарь современного персидского языка: امروز فارسی فرهنگ) Словарь современного персидского языка) под редакцией Г.С.Афшара.səh.16

    Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı

    No full text
    səh.196Torpaqlarımızın 20 %-dən çoxunun işğal altında olduğu, ölkəmizə qarşı hər cür gizli və açıq əsassız iddiaların irəli sürüldüyü, dövlətimizin və dövlətçiliyimizin gün-gündən möhkəmlənməsini heç cür sindirə bilməyən bədxahlarımızı bəzi aparıcı dünya dövlətlərinin ikili standartları ucbatından yerlərinə oturtmaqda və ərazi bütövlüyümüzü bərpa etməkdə çətinlik çəkdiyimiz bir vaxtda M.M.Q.İrəvaninin “Divan”ının yeganə nüsxəsinin ortaya çıxarılması, tərcüməsi və tədqiqi həm də İrəvan şəhərinin və tarixi “Çuxursəəd” vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Bu mənada adıgedən “Divan”ın tədqiqi mühüm ədəbi-bədii və mədəni hadisə olmaqla yanaşı, həm də siyasi mahiyyət daşıyır və bədnam qonşularımıza tutarlı bir cavabdır. Mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

    Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri

    No full text
    196Kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

    Cənubi Azərbaycan: 1918-ci il soyqırımı

    No full text
    204Monoqrafiyada Birinci Dünya müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır. Oxuculara təqdim olunan kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndəliklərinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir. Monoqrafiya tədqiqatçılar, müəllim və tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub

    0

    full texts

    84

    metadata records
    Updated in last 30 days.
    REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
    Access Repository Dashboard
    Do you manage Open Research Online? Become a CORE Member to access insider analytics, issue reports and manage access to outputs from your repository in the CORE Repository Dashboard! 👇