REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
84 research outputs found
Sort by
Seyid Həsən Tağızadə və İranın modernləşməsi
səh.272Monoqrafiya XIX əsrin II yarısı, XX əsrin son rübünə qədər İranda modernləşdirmə uğrunda aparılan hərəkata, modernləşdirmə cərəyanlarına, eyni zamanda İranın görkəmli siyasi, ictimai və dövlət xadimi Seyid Həsən Tağızadənin öz ölkəsinin modernləşməsi prosesində roluna, bu prosesin başlıca məqamlarına və xüsusiyyətlərinə həsr olunmuşdur. Monoqrafiyada Seyid Həsən Tağızadənin şəxsiyyəti, elmi fəaliyyəti, ictimai düşüncələri və ideologiyası geniş tədqiq edilmişdir. Kitab tarixçilər, həmçinin, müasir Şərqin sosial-mədəni tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
21 Azərə gedən yol Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)
səh.240Oxuculara təqdim olunan kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur. Bakı, Tehran, Vankuver (Kanada) şəhərlərindəki çapından sonra oxuculara təqdim olunan hazırkı kitab həmin kitabın IV, yenidən işlənmiş nəşridir. Kitabda 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir. Oxucu kitabda keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqdır.
Kitabda Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir
EDQAR GRANVİLL ÇAR RUSİYASININ TÜRKİYƏ SİYASƏTİ (Erməni məsələsinə aydınlıq gətirən bir araşdırma)
Kitabda, Edqar Granvillin 1915-ci ildə bilavasitə şahidi olduğu hadisələr, Rus Çarizminin Türkiyəni məhv etmək və torpaqlarını mənimsəmək məqsədilə qondarma “Erməni məsələsi”ni ortaya atması və istədiyini həyata keçirmək üçün müxtəlif fitnəkarlıqlar törətməklə Avropa ölkələrinə təzyiq etməsindən, o dövrdə rus, erməni və Avropa mətbuatında nəşr olunmuş sənədlər əsasında geniş və tərəfsiz şəkildə bəhs olunur. Bir avropalı tərəfindən yazılan bu kitab faciələrin nəticəsinin deyil, səbəb və səbəbkarının üzə çıxarılması baxımından Azərbaycan oxucusu üçün həm ibrətamiz, həm də maraqlıdır.səh.8
IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu Əl-Bərdici (Bərdəli)
184Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir. Monoqrafiyada ümumiyyətlə İslam, Qurani-Kərim və hədis tarixindən, xüsusilə isə əl-Bərdicinin həyatından, təhsilindən, elmi fəaliyyətindən, nüfuzundan bəhs edilmiş, onun əsərləri geniş şəkildə təhlil edilmiş, müxtəlif əlyazma nümunələri monoqrafiyaya əlavə edilmişdir. İslam ilahiyyatının hədis sahəsində kifayət qədər aktual mövzuları əhatə edən altı əsərin müəllifi olan Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hicrətin 301 (m.914)-ci ilinin ramazan ayında, Bağdad şəhərində vəfat etmişdir
“Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri
232 səh.Monoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır
Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri
274Monoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir
TÜRK MƏTBUATINDA «ERMƏNİ MƏSƏLƏSİ»
Elmi redaktor: Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru, professor AMEA-nın müxbir üzvü
Məsul redaktor: Ruhəngiz Cümşüdlü, filologiya üzrə fəlsəfə doktoru
Rəyçilər: Xalidə Quliyeva-Qafqazlı filologiya üzrə fəlsəfə doktoru
Barat Osmanova filologiya üzrə fəlsəfə doktoru
Kəmalə Ələkbərova filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan dilinə tərcümə edən: Emilya Xəlilova.Bu kitabda ayrı-ayrı müəlliflərin türk mətbuatında çıxan məqalələri və çap olunmuş kitablardan «erməni məsələsinə» dair məlumatlar toplanmışdır. Bu məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədi ilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılmışdır
Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsəri farsdilli sufi ədəbiyyatının mənbəyi kimi
səh.228Kitab dörd fəsildən ibarətdir. Birinci fəsildə erkən farsdilli sufi nəsrinin formalaşması haqqında məlumat verilmişdir. Burada sufi nəsrinin yaranması, "Təzkirətül-övliya"nın mənbələri və Əttar yaradıcılığında "Təzkirətül-övliya"nın yeri müəyyənləşdirilmişdir. İkinci fəsildə "Təzkirətül-övliya" sufi ədəbiyyatı kontekstində araşdırılır. Bu fəsildə agioqrafik əsərlərin janr xüsusiyyətləri, "Təzkirətül-övliya"nın bəzi konseptual məqamları, əsərin personajlar sistemi və janr xüsusiyyətləri tədqiq edilmişdir. Əsərin bədii xüsusiyyətləri adlanan üçüncü fəsildə bədii ifadə vasitələrinin işlədilməsi, bədii zaman və məkan məsələləri araşdırılmışdır. Dördüncü fəsildə isə "Təzkirətül-övliya"nın sonrakı sufi nəsrinin inkişafına təsiri araşdırılmışdır
Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” (Məqalələr toplusu)
səh.504Kitabda müəllifin uzun illər Türk Dünyasının iqtisadi inkişaf problemləri haqqında yazmış oldugu məqalələr oxuculara təqdim olunur. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilmiş yazılar iki ayrı bölmədə verilir. Türk Dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı bölmədə oxucuların nəzərinə çatdırılır. Son fəsil müəllifin dünya iqtisadiyyatı və qloballaşma haqqında mülahizələrinə həsr edilmişdir. Kitab Türk Dünyasının iqtisadi inkişaf problemləri ilə maraqlanan siyasi, elmi və praktik işçilər, doktorant, magistrant və tələbə gənclər üçün nəzərdə tutulmuşdur
Süleyman xan Dərgah. “Səfərnamə”. Fars dilindən tərcümə.
səh.136Tarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin olduğu təxmin edilir. Onlardan çox az qismi (barmaqla sayıla biləcək qədər) Azərbaycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən biri hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Lakin, bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixi, o tarixdə baş verən hadisələri, xalqın həyat tərzi, məişəti, inancını, bütövlükdə mədəniyyəti və ədəbiyyatını, dövrün idarəçilik sistemini, fərdi və ictimai münasibətləri, müəyyən elmləri və s.-nin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolunun sübuta ehtiyacı yoxdur. Bu baxımdan Süleyman xan Dərgahın “Səfərnamə” əsəri də istisna deyildir. Əsərin yazılma tarixi çox da uzaq olmayan bir keçmişə -1881-ci ilə təsadüf etsə də o, öz dövrünün idarəçilik, maarif və təhsil, pul-maliyyə və mühasibat sistemi, mürəkkəb şəxsi və ictimai münasibətlər, əsərdə adıçəkilmiş şəhər və kəndlərin o vaxtkı vəziyyəti, yollar, aşırımlar, dağlar, çaylar, bağlar, tarixi abidələr, kommunikasiya və rabitə vasitələri, xalqın məişəti, əxlaqı, inancı, adət və ənənələri və bir çox digər məsələlər barəsində ilkin mənbə kimi maraqlı məlumatlar verir.
Mövcud tərcümənin Süleyman xan Dərgahın İran Milli Şura Məclisinin Kitabxanasında 2311 saylı şifrə ilə qorunub saxlanan “Səfərnamə” əlyazmasının orijinalından (8) tərcümə edilməsi onun dəyərini daha da artırır. Əsər mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur