REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
84 research outputs found
Sort by
Məqalələr, məruzələr, müsahibələr...
səh.512Kitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
İran İslam Respublikası (məlumat kitabı)
204İran İslam Respublikası məlumat kitabı bu ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatı haqqında olan məlumatların yığcam şəkildə toplandığı kitabdır. Kitabda həmçinin ölkənin tarixi və coğrafiyası haqqında qısa oçerklər, İranın dövlət quruluşu, konstitusiyası, inzibati-ərazi bölgüsü haqqında məlumatlar verilmişdir. Kitab bu sahədə və bu formatda yazılmış ilk kitablardandır
Fars dili qrammatikası terminləri
səh.136Kitabda fars dilinə aid fars, Azərbaycan və rus dillərində yazılmış elmi ədəbiyyatdan, dərslik, dərs vəsaitləri və lüğətlərdən toplanmış morfologiya və sintaksisə aid terminoloji material leksik-semantik baxımdan ilk dəfə olaraq müqayisəli şəkildə ətraflı təhlil edilir. Əsərdə fars dili qrammatikası terminlərinin yaranma yolları və mövcud vəziyyəti, bu sahədə olan nöqsanların aradan qaldırılması, terminlərin dəqiqləşdirilməsi, birmənalılığının təmin edilməsi yolları göstərilir. Nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq, kitaba fars dilinə aid qrammatik terminlər, onların Azərbaycan və rus dillərində qarşılıqları, işlədilməsi qeyri-məqbul sayılan, eləcə də müəllifin təklif etdiyi terminlər haqqında kompleks məlumat verən terminlər sözlüyü əlavə edilib. Monoqrafiyanın fars dilçiliyində anlayışların düzgün və dəqiq terminoloji ifadəsinin və yeni terminlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanmasında nəzəri əhəmiyyətə malik bir elmi-tədqiqat işi, fars dilinin tədris edildiyi müəssisələrdə praktik əhəmiyyəti olan vəsait kimi xüsusi rolu ola bilər
Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar
336Oxucuların istifadəsinə təqdim olunan bu kitab orta əsr ərəb müəlliflərinin (Kufi, Təbəri, Bəlazuri, Yəqubi və Qəlqəşəndi) əsərlərindən Azərbaycanın orta əsrlər tarixinə aid seçilmiş material əsasında tərtib olunmuşdur. Əsər həm mütəxəssislər, həm də geniş oxucular üçün faydalı olan məlumatlarla zəngindir