REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
84 research outputs found
Sort by
Армянские инсинуации и исторические факты. Вопросы и ответы
səh.128Akademik G.Baxşəliyeva “Armenian allegations and historical facts. Questions and answers” kitabını 2016-cı ildə Azərbaycan dilinə tərcümə edərək geniş oxucu kütləsinə çatdırmışdı. Bu kitabda isə erməni saxtakarlığı barədə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün əsər akademik G.Baxşəliyeva tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilib.
Erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilən kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. Kitabda həmçinin 1973-1986-cı illəri əhatə edən ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı verilir. Növbəti təqdim edilən material türk, Osmanlı və Yaxın Şərq araşdırmaları ilə ixtisaslaşan amerikalı alimlərin ABŞ konqresinin erməni soyqırımı ilə bağlı 192 saylı qətnaməsinə cavab olaraq 1985-ci ildə imzaladıqları bəyanatdır. Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.AME
Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)
188Monoqrafiyada Osmanlı hakimiyyəti dövründə tarixi Azərbaycan əraziləri olan Urmiya, Xalxal və Salmas bölgələrinin sosial-iqtisadi vəziyyəti, inzibati ərazisi, əhalisinin etnik-dini tərkibi araşdırılır. İlk dəfə olaraq, Osmanlı arxiv sənədi – 1728-ci ilə aid “Urmiya və Xalxal livasının müfəssəl dəftəri” (maliyyə-vergi reyestri) əsasında XVIII əsrin üçüncü onilliyində bu bölgələrdə gedən demoqrafik proseslər müəyyən edilmiş, şəhər həyatı, kənd təsərrüfatının vəziyyəti, vəqf təsisatları və əhalidən toplanan vergilərlə bağlı mühüm statistik məlumatlar ümumiləşdirilərək tədqiq edilmişdir.
Monoqrafiya Azərbaycan tarixi üzrə mütəxəssislər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.AME
Категория числа и рода в литературном арабском языке
236 səh.F.ü.f.d. Z.Rüstəmova və elmi işçi G.Həmidlinin birlikdə işlədikləri «Категория числа и рода в литературном арабском языке» (“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”) adlı əsər, adından da bəlli olduğu kimi, dilçilərin diqqət mərkəzində duran və günü-gündən daha çox marağa səbəb olan məsələlərdən birinə – qrammatik kateqoriyalara həsr olunub. Z.Rüstəmova kəmiyyət, G.Həmidli isə cins kateqoriyasının xüsusiyyətlərini tədqiq edərək, mülahizələrini faktiki materiallarla əsaslandırmışlar. Təqdim edilən hər iki kateqoriyanın müəllifləri üzərində işlədikləri tədqiqat işini yalnız ərəb dilinin öz materialları əsasında deyil, həmçinin bu dilin dialektləri, qohum dillər, bəzən də qohum olmayan dillərlə müqayisəli və qarşılıqlı tədqiqat metodu ilə aparmışlar
“Khamse” of Nizami Ganjavi and Literature in Persian (Tradition of Nazire to the “Haft Peykar” in the XIV-XVIII Centuries)
səh.376The poem “Haft Peykar” of Nizami has been studied in the light of several problems of poetics. Genre syncreticity of the work and space-time relations has been viewed and genesis of plots in the “Haft Peykar” has been traced in their later transformation in the XIV-XVIII centuries. In the analysis of followers of Nizami, reflection of several characteristic features of poetical “answer” have been shown, issues of normativity and creative individuality within nazire have been studied, evolution of genre form and usage of descriptive means have been researched.AME
Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri
səh.136Kitabda ilk dəfə olaraq, xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanmış və bunlar müasir toponimik səviyyədə tədqiq edilmişdir. Məlum olduğu kimi, bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar müstəsna olmaqla, tədqiq etdiyimiz regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə Cənubi Azərbaycanda – İranda, nə də respublikamızda ayrıca tədqiq obyekti olmamışdır.
Buna görə də, bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanmış və sistemləşdirilmiş, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçirilmiş, ayrı-ayrı paleo və mezooykonimlərin, imkan daxilində ilkin forma və variantları bərpa edilmiş, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilmiş, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, zoooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən sözlərdən düzələn oykonimlər və s.) aydınlaşdırılmışdır
Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni
220Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur.
“Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.AME
Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni
səh.220Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur.
“Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.AME
Avqust Benton. Səfərnamə. Fars dilindən tərcümə.
səh.120Tarixi Azərbaycana aid 500-dən artıq səfərnamə var. Təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə tərəfimizdən bu boşluğun aradan qaldırılmasında atılan növbəti addımlardan biridir. Buna qədər Süleyman xan Dərgahın və Cemelli Karerinin eyniadlı “Səfərnamə”, eləcə də, Rəhmətulla xan Mütəmadülvüzəranın “Urmu dünyanı yandıran müharibədə” əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap etdirilmişdir.
Avqust Benton milliyyətcə fransızdır. O, 1807-ci ildə Bosfor və Dardanel boğazlarından keçərək Türkiyə yolu ilə İrana hərbi ezamiyytə gəlmiş və yol boyu qeydiyyatlarını kiçik məktublar şəklində qələmə almışdır.
Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.AME
Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər. Nəsimi-650
320Monoqrafiyada Nəsiminin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilir.
Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümumiyyətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulmuşdur
Cemelli Kareri. Səfərnamə. Fars dilindən tərcümə.
səh.176Tarixi Azərbaycana aid 500-dən artıq səfərnamənin olmasına baxmayaraq, təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə bu boşluğun aradan qaldırılmasında əhəmiyyətli bir addımdır. Həm də tərcümə üçün çox uğurlu bir əsər seçilmişdir. Çünki Cemelli Karerinin “Səfərnamə” əsəri Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. Cemelli Kareri milliyyətcə italyandır. O, XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib, Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri, İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb. Abbas Naxçıvani və Əbdüləli Karəng onu fars dilinə tərcümə edərək 1970-ci ildə çap etdiriblər. Mövcud tərcümə adıgedən çapın əsasında cüzi ixtisarla həyata keçirilmişdir.
Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur