REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
    84 research outputs found

    “Əyyəmu-l-arab” Cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi

    No full text
    səh.360“Əyyəmu-l-arab” – “العرب أيام”) “ Ərəblərin günləri”) toplusunun “Əyyəmu-l-arab fi-l-cahiliyyə –"الجاهلية في العرب أيام”) "Cahiliyyə dövründə “Ərəblərin günləri”) adlı birinci hissəsi Azərbaycan şərqşünaslığında ilk dəfədir ki, ilkin mənbə əsasında ərəb dilindən Azərbaycan dilinə bədii tərcümə edilmiş, elmi tədqiqata cəlb olunmuşdurAME

    Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)

    No full text
    180Monoqrafiyada Osmanlı arxiv sənədləri cəlb edilməklə, XVIII əsrin 20-ci illərində – Osmanlı hakimiyyəti dövründə Azərbaycanın tarixi əraziləri olan Marağa və Soyuqbulaq bölgələrinin sosial-iqtisadi vəziyyəti, o cümlədən şəhər həyatı və kənd təsərrüfatının inkişaf səviyyəsi, əhalinin dini və etnik tərkibi, demoqrafik durumu, qismən də bölgənin toponimikası və onomastikası ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilmişdir. Əsər Azərbaycan tarixi mütəxəssisləri, universitetlərin tarix fakültələrinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.AME

    Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)

    No full text
    səh.416Əsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir. Kitabda həm Cənubi Azərbaycanın ümumi vəziyyəti, həm də onun İranın sosial-iqtisadi və siyasi, eləcə də mədəni inkişafında mövqeyi əks olunur. Tədqiqat göstərmişdir ki, İranın iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri olan Cənubi Azərbaycan 1828-1917-ci illəri əhatə edən həmin dövrdə ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynamışdır. Təxminən XIX əsrin ikinci rübündən etibarən Avropa ölkələri və qismən də Rusiya ilə ticarət əlaqələrinin inkişafı ilə bağlı olaraq Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhəri İranın ticarət mərkəzinə çevrilir. Kitabda bəhs olunan dövrdə Cənubi Azərbaycanın mədəni inkişafında Şimali Azərbaycanın oynadığı müstəsna rol qeyd edilir.AME

    ABDULLAH HATİFİ HƏFT MƏNZƏR

    No full text
    Əsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır. Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.AME

    Лингвистическое творчество Азербайджанского ученого XVIII века Ибрахима ал-Араши

    No full text
    səh.136“XVIII əsr Azərbaycanlı alim İbrahim əl-Araşinin dilçilik yaradıcılığı” adlı monoqrafiyada XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Azərbaycanda yaşamış dilçi alim İbrahim əl-Araşinin həyat və yaradıcılığı haqqında material təqdim olunub. Dilçik elminə alimin 2 əlyazma əsəri məlumdur. Monoqrafiyada hər iki əsər tədqiqata cəlb edilib və əsas diqqət “əl-Haşiyə əla şarhi-l-Unmuzəc lil-ərdəbili” əsərinə ayrılıb.AME

    Fars dilindən tərcümə edən, müqəddimə, qeydlər və lüğətin müəllifi filologiya üzrə fəlsəfə doktoru RƏNA RZAYEVA

    No full text
    © Rəna Rzayeva, 2021 © AMEA Şərqşünaslıq İnstitutu, 2021AZƏRBAYCAN ƏDƏBİYYATININ NADİR İNCİLƏRİNDƏN BİRİ: «MUNİSNAMƏ» Son onilliklərdə elm aləminə məlum olmuş qiymətli ədəbi abidələrdən biri də XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəridir. Uzun illər boyu yeganə əlyazma nüsxəsi başqa bir ad altında Londondakı Britaniya muzeyində saxlanmış bu abidənin xüsusi əhəmiyyəti bundadır ki, onun təkcə özü deyil, müəllifinin şəxsiyyəti də farsdilli ədəbiyyat tarixi üçün tamamilə yeni faktdır. «Munisnamə»nin ilk tədqiqatçısı və tərcüməçisi, görkəmli Azərbaycan şərqşünası, əməkdar elm xadimi, professor Rüstəm Əliyevin parlaq xatirəsinə ithaf olunur

    Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri

    No full text
    244Monoqrafiyada Azərbaycan ictimai elmində və ədəbiyyatında ilk dəfə sistemləşdirilmiş şəkildə Mərkəzi Asiya regionunda təhlükəsizlik problemləri tədqiq edilmişdir. Bu, müasir Mərkəzi Asiya regionunun böyük geosiyasi və geostrateji əhəmiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu və bu regionda olan müstəqil dövlətlər arasında münasibətlərin qurulması və inkişafı, belə inkişafın strategiyası və taktikası, bu prosesdə baş verən qanunauyğunluqların elmi cəhətdən müəyyən edilməsi və bunun nəticəsində müəyyən təkliflərin və tövsiyələrin irəli sürülməsi Azərbaycan ictimai elminin qarşısında duran mühüm vəzifələrdən biridir. Həmçinin müasir Mərkəzi Asiya regionunda baş verən proseslərin elmi cəhətdən öyrənilməsi və tədqiqi əldə edilən nəticələrin Azərbaycan Respublikasının müvafiq orqanlarının (məsələn, diplomatik orqanların) və qurumlarının daha səmərəli praktiki fəaliyyət göstərməsi üçün istifadə oluna bilər. Monoqrafiya alimlər, tələbələr, müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri ilə məşğul olan mütəxəssislər, ekspertlər, politoloqlar və ümumiyyətlə, Mərkəzi Asiya regionu ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.AME

    “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”

    No full text
    176 səh.Monoqrafiyada ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və zəngin yaradıcılıq yolu izlənilmişdir. Bu xüsusda dünya şöhrətli yazıçının əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilmiş, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və onların taleləri müxtəlif prizmalardan təhlil olunmuşdur. Monoqrafiyanın sonunda yazıçının zəngin əsərlər çələngindən bir neçə hekayənin tərcüməsi təqdim olunmuşdur. Bu, oxucuda N.Məhfuz dühası, onun bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.AME

    Этническая идентичность Низами Гянджеви

    No full text
    88Kitab böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və Azərbaycanda “Nizami Gəncəvi İli”nə həsr olunmuşdur. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, şairin yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı və yaratdığı dövr və mühitin reallıqları və mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilmişdir.AME

    Əbubəkr ibn Xosrov əl-Ustad Munisnamə

    No full text
    səh.764Kitab XII əsrdə yaşayıb yaratmış Azərbaycan müəllifi Əbubəkr ibn Xosrov əl-Ustada məxsus “Munisnamə” əsərinin əlyazmasının əlimizdə olan yeganə nüsxəsindən edilmiş tərcüməsidir. Əsər 17 fəsil, 31 hekayətdən ibarətdir. Əlyazmada 15,16,17,24 və 25-ci hekayətlər çatmır. Şübhəsiz ki, hər bir hekayət müstəqil süjet xəttinə malik olduğu üçün, onların yoxluğu əsərin tamlığına xətər yetirməmişdir. Əsər belə şəkildə tərcümə olunaraq 764 səhifə təşkil edir. Əsəri şərti olaraq iki hissəyə; I-didaktik və II-bədii hissəyə ayırmaq olar. Ümumilikdə isə əsəri “didaktik-belletristik” əsər kimi dəyərləndirmək məqsədəuyğundur

    0

    full texts

    84

    metadata records
    Updated in last 30 days.
    REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
    Access Repository Dashboard
    Do you manage Open Research Online? Become a CORE Member to access insider analytics, issue reports and manage access to outputs from your repository in the CORE Repository Dashboard! 👇