REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
84 research outputs found
Sort by
“Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
116AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 5-6 may 2023-cü il tarixində İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirdiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans tezislər kitabında Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin məruzəsinin tezisi yer alıb.
Bu sırada AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti”, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycanın ərəb və İslam dünyası ilə diplomatiyası”, Astana Beynəlxalq Universitetinin dosenti, t.ü.f.d. Taisiya Mamontova “Nursultan Nazarbayev və Heydər Əliyev: yeni müstəqil dövlətlərdə siyasi liderlik fenomeni” mövzusunda və digər məruzələrin tezislərini qeyd etmək olar.AME
Zəmanəmizin dahi azərbaycanlısı (məqalələr toplusu)
264 səh.AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.AME
Mahşərəf Məsturənin poeziyası
280 səh.Monoqrafiyada istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılığının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyəti ilə farsdilli poeziyanın nümayəndələri ilə də müqayisələr aparılmış, irs-varislik münasibətləri təhlil edilmişdir.AME
Qarabağ tarixin gedişində (fars dilindən tərcümə)
424İranlı müəllifin kitabında Qarabağın tarixi ta qədimdən müasir dövrə kimi işıqlandırılır. Kitabda Qarabağın İslamdan qabaqkı dövründən, eləcə də, bu bölgənin Səlcuqlular, Atabəylər, Monqollar, Elxanilər, əl-Cəlairlər, Çobanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadir şah xanlıqlar dövründə tarixindən, bəhs edilir. Kitabdan həmçinin Ermənilərin İrandan, Türkiyədən Qarabağa köçürülməsi, Qarabağın çarizmin hakimiyyətdə olması, 1905-1906-cı illərdə erməni-Qafqaz müsəlmanları müharibəsi, 1918-1920-ci illər qətliamları, Qarabağın 1923-cü ildəki muxtariyyəti, 1923-1988-ci illərdə və 1988-ci ildən sonra Qarabağ barədə məlumat almaq olar.AME
Müasir Türkiyənin neft problem
səh.160Monoqrafiyada müasir Türkiyənin neft problemi araşdırılır, neft Türkiyə üçün tərəqqi amili kimi nəzərdən keçirilir. Ölkənin neft probleminin mahiyyəti, hökumətlərin neft siyasəti və neft qanunvericiliyi, həyata keçirilmiş neft axtarışları, Türkiyənin neft təsərrüfatı, sənayenin xam neftlə təminatı problemi, neft sənayesinin yaradılması və müasir vəziyyəti, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində Türkiyənin neft probleminin həlli perspektivləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilmişdir.
Əsər Türkiyə və Azərbaycan tarixi və iqtisadiyyatı üzrə mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.AME
“Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
2023-cü ilin 20-21 dekabrın AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın tezislər kitabında Azərbaycan, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan olan alimlərin məruzələrinin tezislərii dərc olunub.
Topluda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademik Ziya Bünyadov haqqında söz”, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik “Gövhər Baxşəliyevanın Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda, eləcə də “Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi”, “Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı”, “Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri”, “Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri”, “Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri” bölmələrində səsləndirilən 200-dən çox məruzənin tezisi yer alıb.AME
Незримые грани литературного наследия (избранные статьи)
səh.616Kitab Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub və xronoloji cəhətdən erkən orta əsrlərdən XX əsrin sonuna qədər dövrü əhatə edir. Kitabın ayrı-ayrı bölmələrində nizamişünaslıq və Nizami “Xəmsə”si ilə bağlı nəzirə ənənəsi məsələləri araşdırılır, orta əsrlər Azərbaycan və farsdilli ədəbiyyat nümayəndələrinin yaradıcılığı izlənilir, əlyazma irsi kontekstində bəzi mənbələr işıqlandırılır, eləcə də sufi ədəbiyyatına və xüsusilə az öyrənilmiş sufi nəsrinə diqqət yetirilir.AME
"Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı" mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
səh.184Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub.
Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.AME
Bir daha vahid bütöv Azərbaycan ərazisi haqqında (“Araz çayı Azərbaycanın ortasından axır!!!”)
64Kitabda İranda Cənubi azərbaycanlılara qarşı aparılan irqi ayrı-seçkilikdən, Cənubi azərbaycanlıların Şimali azərbaycanlılarla birlikdə türk xalqlarından biri olmasını, Azərbaycan toponiminin Şimali Azərbaycana şamil edilməsini inkar etmək siyasətindən bəhs edilir.
Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə mübarizə apardıqlarını qeyd edir: 1. Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə; 2. Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə; 3. Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə.
Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə az saylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.AME
Ethnic Identity of Nizami Ganjavi
82Kitab böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və Azərbaycanda “Nizami Gəncəvi İli”nə həsr olunmuşdur. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, şairin yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı və yaratdığı dövr və mühitin reallıqları və mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilmişdir.AME