REİRS Azərbaycan Milli Elmlər Akademiyası / Azerbaijan National Academy of Sciences
Not a member yet
84 research outputs found
Sort by
ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ» ƏSƏRİ
© R.Rzayeva, 2016Kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. «Munisnamə»nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış,
abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)
səh.148Fars dilinin azərbaycanlı alimlər tərəfindən öyrənilməsinin on əsrlik bir tarixi var. «Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)» monoqrafiyasında bu tarixin sovet dövründə, eləcə də müstəqilliyimizin ilk on ilində Azərbaycan Dövlət Universitetində, respublikanın bir sıra digər ali məktəblərində və Elmlər Akademiyasında, əsasən Şərqşünaslıq İnstitutunda fars dili ilə bağlı nəşr olunan kitabların, dərsliklərin, dərs vəsaitlərinin, lüğətlərin, eləcə də dissertasiyaların təhlili aparılır.AME
Güney Azərbaycan: tarix və müasirlik
oai:reirs.anas.az:20.500.14684/58216Topluda Cənubi Azərbaycanın sosial-siyasi, iqtisadi və mədəniyyətinə aid 14 müəllifin məqaləsi yer almışdır. Topludakı məqalələrdə 1918-ci il soyqırımı, Urmiya gölünün indiki durumu, İran türkləri, farslaşdırılmış türk toponimləri, Türkmənçay müqaviləsində təhrif edilmiş coğrafi yer adları, İranda millətçilik, Azərbaycan məsələsi və s. mövzular əks olunmuşdur
Füzulinin ərəbcə poetik irsi
Çapa imzalanmışdır: 15.11.2012
Ç.v.: 15
Tiraj: 300
“R.M. Kompani - 1”nin mətbəəsində hazır diapozitivlərdən istifadə olunmaqla ofset üsulu ilə çap olunmuşdur.Monoqrafiyada ilk dəfə olaraq Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlərin – Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilərək mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonddakı ümumi müştərəklik üzə çıxarılır
“Nazim Hikmət – 120” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
56 səh.Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 34 məruzənin tezisi dərc olunub.
Çap olunan tezislər sırasında Misirdən Asiya və Türk dünyası məsələləri üzrə tədqiqatçı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Ahmed Abdoh Tarabeikin “Nazim Hikmətin yeni ərəb ədəbiyyatina təsiri” və Türkiyədən Ahi Evran Universitetinin İslami elml ər fakültəsinin dosenti doktor Vesile Şemşekin “Nazim Hikmətin həyat və sənəti haqqında” adlı məruzələrinin tezisləri yer alıb.
Azərbaycan alimlərindən filologiya üzrə fəlsəfə doktorları Səriyyə Gündoğdunun “Çağdaş Şərq ədəbiyyati və Nazim Hikmət”, Əflatun Baxşəliyevin “Nazim Hikmət və Səməd Vurğun”, Cavanşir Məmmədzadənin “Nazim Hikmət və Nima Yusiç yaradıcılığında tipoloji oxşarlıq”, Pərvin Nurəliyevanın “Nazim Hikmət: sovetlər dönəmi Azərbaycanında türk simvolu”, Barat Osmanovanın “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədovanın “Dünya ədəbiyyatında Nazim Hikmət izləri” adlı məruzələrinin, eləcə də digərlərinin maraqlı mövzularda və elmi əhəmiyyətə malik məruzələrinin tezisləri çap olunub.AME
Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)
səh.204Kitabda Qarabağın, ələlxüsus Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilmişdir. Müəllif Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-farsdilli kitabələrdəki mətnləri düzgün şəkildə oxuyaraq, onları orijinal dillərdə sadə qrafikaya çevirmiş, eyni zamanda həmin yazıları ana dilimizə tərcümə edərək digər mənbələrlə qarşılaşdırmaqla geniş şəkildə şərh etmişdir. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı həqiqətləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.AME
Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri)
səh.168“Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri) Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767- 868) tərəfindən qələmə alınıb. Cahiz bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirləri yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə rəftarı, göftarı və kirdarı ilə tanış edir. O hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.AME
UNUDULMAZ LİDER
Elmi redaktor: Akademik İsa Həbibbəyli
© Gövhər Baxşəliyeva, 2023Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş kitabda müəllifin müxtəlif vaxtlarda Ümummili Liderin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, dövlətimizin inkişafı naminə həyata keçirdiyi fövqəladə missiyanı təhlil edən məqalələri, müsahibələri, çıxışları, eləcə də son 20 ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər yolunun uğurlu davamı kimi ölkəmizdə həyata keçirilən hərtərəfli fəaliyyəti əks etdirən yazıları yer almışdır. Nəşrə həmçinin Ümummilli Liderlə bağlı müəllifin xatirələri, onun sovet Azərbaycanına rəhbərliyi dövründə nail olduğu böyük inkişaf və tərəqqi haqqında atası, 1970-1987-ci illərdə respublikanın maliyyə naziri vəzifəsində çalışan Baxşəli Baxşəliyevdən dinlədiyi söhbətləri, Ulu Öndərin şəxsiyyətinin böyüklüyü, xalqımızın tale və tarixində buraxdığı möhtəşəm təsirlə bağlı düşüncələri də daxildi
“Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
səh.112Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və Ukraynadan olan alimlərin səsləndirdikləri 65 məruzənin tezisi dərc olunub.
Bu sırada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti – 100”, xarici ölkə təmsilçilərindən Türkiyədən Cavid Qasımov və Nezahat Demirin “Rza şah Pəhləvinin Türkiyə səfəri”, Nurhan Aydın və Perihan Aksunun “Qafqaz İslam Ordusu və Ənvər Paşa”, Eminalp Malkoçun “Türkiyədə Cümhuriyyət Bəyannaməsinin vizual görüntülər vasitəsilə oxunması”, Şimali Kipr Türk Cümhuriyyətindən Turqay Bülent Göktürkün “Kıpr türklərinin Anadoludakı milli mücadiləyə dəstəyi”, Belarusdan Dmitri Naumovun “Qeyri-maddi mədəni irsin türk mədəni yaddaşının qorunmasında rolu”, Vladimir İvaşkonun “Türkiyə universitetlərinin innovativlik potensialının dəyərləndirilməsi”, Ukraynadan Oleq Kupçik və Natalya Zubun “1920-ci illərin əvvəllərində Sovet-Türkiyə maliyyə və hərbi-texniki əməkdaşlığı” mövzularında məruzələrinin tezislərini xüsusi qeyd etmək olar.AME
44 günlük Vətən müharibəsi İran mediasında
səh.384Kitabda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna- qişəsinin qısa aktiv mərhələləri (aprel 2016, iyul 2020) və 44 günlük Vətən müharibəsinin gedişi, həmçinin 2020-ci ilin sonuna qədərki dövr- də cərəyan etmiş hadisələrin İranın əsasən dörd mərkəzi (“irna”, “tasnim”, “farsnews”, “isna”) və bir yerli (“anaj”, Təbriz, Şərqi Azərbaycan) xəbər agentliklərinin saytlarında işıqlandırılması xronoloji ardıcıl- lıqla öz əksini tapmışdır.
Həmçinin həmin saytlarda keçmiş münaqişənin tarixi, mahiyyəti, ona İranın münasibəti, eyni zamanda qeyd edilən mərhələlərdə baş ve- rən mühüm hadisələrə dair müxtəlif xarakterli şərhlər, müsahibələr, publisistik və analitik yazıların qısa icmalı və onlara münasibət yer almışdır.AME