8882 research outputs found
Sort by
The Resolvent of Impulsive Singular Hahn–Sturm–Liouville Operators
In this study, the resolvent of the impulsive singular Hahn–Sturm–
Liouville operator is considered. An integral representation for the resolvent of
this operator is obtained
Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər
Azərbaycan dili şivələri indiyədək türk dilləri ailəsinin oğuz qrupuna daxil olan digər dillərin
(türk, türkmən, qaqauz) materialları ilə müqayisə edilmiş, ortaq xüsusiyyətlər ortaya çıxarılmışdır.
Bu istiqamətdə olan araşdırmalar həm ədəbi dil, həm şivələr, həmçinin ədəbi dil və şivələr
səviyyəsində aparılmışdır. Məqalədə ilk dəfə olaraq Azərbaycan dili şivələrinin leksikası türk dillərin ailəsinin karluq-uyğur qrupuna daxil olan özbək dilinin materialları ilə müqayisəyə cəl
edilmiş, əsasən qədim türk sözlərindən ibarət olan ortaq leksika müəyyən edilmişdir. Hesab edirik
ki, bu səpkidə aparılan araşdırmalara ehtiyac vardır və bu kimi mövzulara gələcəkdə də müraciət
olunacaqadır
Prof. akad. Hamlet İsaxanlı "AI bəşəriyyətlə görüşür: korporativ mədəniyyətin formalaşdırılması və psixi rifahın təşviqi" konfransında çıxış edib
Con Steynbekin “Qəzəb salxımları” və Anar Rzayevin “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərlərində temporal markerlərin hekayə quruluşunda rolu
School: Graduate School of Science, Art and Technology
Department: English Language and Literature
Specialty: 60201 – Linguistics (English Language) Supervisor: Doc. Sc. in Philology, Prof. Azad Yahya MammadovThis study examines the use of temporal markers in building narrative discourse structure in two stylistically and culturally different literary works: John Steinbeck's The Grapes of Wrath and Anar Rzayev's The Sixth Floor of the Five Storey Building. Temporal markers, linguistic means used to convey time relations like tense, aspect, adverbs, conjunctions, and discourse markers that are crucial to narrative structure, coherence, and the reader's guidance through temporal progression. It is comparative, qualitative, and descriptive research, and its theoretical foundations are narratology, discourse analysis, and cognitive linguistics; and Reichenbach's, Fleischman's, and Smith's work most appropriately fits with it.
It identifies grammatical time markers and universal time markers in the two texts and categorizes them according to their functional classes and their distribution and narrative function. Steinbeck's temporal signposting is solidly rooted in the linear, chronological progression of action on the basis of the socio-political and historical circumstances of the Joads in the Depression. His language is extrinsically operating, and temporal progression is apt to be signaled by change of tense, adverbials, and paragraphing.
Rzayev's writing, meanwhile, is more reflective and denser psychologically in its temporal structuring, one governed by its relentless back-and-forth movement between past and present, with the inner monologue of the protagonist, mood, and fragmented memory. Temporal coherence is achieved here through repetition, ellipses, and culturally contextual temporal markers.The research shows that temporal markers are not grammatical or syntactic tools but natural elements in making meaning that structure narrative logic, affective tone, and readers' experience. Comparing Western and Azerbaijani literary tradition writings, the thesis demonstrates universal and culture-specific temporal organization methods. The research contributes to the general knowledge about time in narrative and offers insight into how the use of language prefigures cognitive and cultural attitudes toward narration
Ekstremal şəraitlərdə işləyən insanların psixoloji dayanıqlılığı və psixopatoloji vəziyyətləri arasındakı əlaqənin təhlili
Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil
Departament: Psixologiya
İxtisas: Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d., dosent Müşviq Hüseyn oğlu MustafayevBu dissertasiya işi ekstremal şəraitdə işləyən insanların psixoloji dayanıqlılıq səviyyəsi ilə
psixopatoloji simptomlar arasındakı əlaqənin tədqiqinə həsr olunmuşdur. Tədqiqatın əsas məqsədi
psixoloji dayanıqlılığın bu peşə sahiblərində psixopatoloji vəziyyətlərlə necə əlaqələndiyini və
sosial-demoqrafik faktorların bu əlaqəyə təsirini empirik olaraq müəyyənləşdirməkdir. Birinci
fəsildə psixoloji dayanıqlılığın mahiyyəti, onun formalaşmasına təsir edən amillər, həmçinin
psixopatoloji vəziyyətlərin nəzəri izahları geniş ədəbiyyat icmalı əsasında təhlil edilmişdir.
Ekstremal şəraitdə çalışan insanların emosional sabitliyi, streslə mübarizə üsulları və travmaya
reaksiyaları haqqında məlumatlar oxucuya aydın və sistemli şəkildə təqdim edilmişdir.İkinci
fəsildə tədqiqatın praktik tərəfi təsvir olunmuşdur. Tədqiqat 20–55 yaş aralığındakı 102 nəfər
Fövqəladə Hallar Nazirliyi əməkdaşı ilə aparılmışdır. Sorğular sosial-demoqrafik suallar, Qısa
Simptom Testi və Yetkinlər üçün Psixoloji Dayanıqlılıq Testi vasitəsilə toplanmışdır. Toplanmış
məlumatlar IBM SPSS 31.0 proqramında emal edilmiş, əvvəlcə məlumatların paylanması
yoxlanılmış, daha sonra nəticələrə uyğun statistik testlər seçilmişdir. Bu mərhələdə həm qruplar
arasındakı fərqlər, həm də dayanıqlılıq-simptom əlaqələri ayrıca qiymətləndirilmişdir. Üçüncü
fəsildə əldə olunan nəticələr daha aydın və başa düşülən formada şərh edilmişdir. Tədqiqat
göstərmişdir ki, psixoloji dayanıqlılıq yüksəldikcə psixopatoloji simptomların — depressiya,
təşviş, somatizasiya və digər emosional çətinliklərin — azalması müşahidə olunur. Yəni dayanıqlı
şəxslər stresli vəziyyətlərə daha rahat uyğunlaşır və psixoloji yüklənməni daha yaxşı idarə edirlər.
Dayanıqlılığın müəyyən alt komponentlərinin — xüsusilə ailə harmoniyası, sosial dəstək və
özünüqavrayışın — simptomların səviyyəsini əhəmiyyətli şəkildə proqnozlaşdırdığı müəyyən
edilmişdir. Həmçinin demoqrafik faktorların və növbəli iş rejiminin psixoloji vəziyyət üzərində
təsiri də statistik olaraq təsdiqlənmişdir. Tədqiqat zamanı irəli sürülmüş bütün fərziyyələr empirik
nəticələrlə dəstəklənmişdir (p < 0,05). Dissertasiya nəticə və praktik tövsiyələrlə tamamlanmış,
istifadə edilmiş ədəbiyyat və əlavələr səliqəli şəkildə təqdim edilmişdir
Synthesis and crystal structure analysis of 1-ethyl- 1,3-dihydro-2H-benzo[d]imidazole-2-thion
The asymmetric unit of the title compound, C9H10N2S, contains two crystallographically independent, almost planar, molecules. In the crystal, intermolecular N—H⋯S hydrogen bonds link the molecules into pseudocentrosymmetric dimers, enclosing R22(8) ring motifs. There are mutual π–π interactions between the five- and six-membered rings of each independent molecule in the chosen asymmetric unit, with ring centroid-to-centroid distances of 3.6685 (12) and 3.7062 (12) Å. A weak C—H⋯π(ring) interaction is also observed. The N—H⋯S hydrogen bonds, the π–π interactions and the weak C—H⋯π(ring) interaction are effective in the stabilization of the crystal structure. The structure was refined as an inversion twin with a component occupancy ratio of 0.546 (15):0.454 (16)
Application of the Z-Information-Based Scenarios for Energy Transition Policy Development
The development of an energy transition policy that ensures a rational combination of the requirements of sustainable development and the country’s priorities is a key factor determining the success of its development. The complexity and importance of this task increase in the case of countries in which oil and natural gas export revenues play a key role in the formation of the budget and development of the country. In this paper, the solution to this problem is studied using the example of Azerbaijan. Considering that the task requires addressing the uncertainty and limitations of available information and statistical data, we used an approach based on the use of fuzzy scenarios and expert information. Scenarios have been described using linguistic variables and the formalism of Z-numbers. Z-numbers allow us to simultaneously formalize uncertainty and reliability in the information. Solving the problem involves integrating approximate methods of Z-reasoning and multi-criteria decision-making. This approach considers economic, social, environmental, and technological criteria and allows for the generation, analysis, and evaluation of transition scenarios. The results obtained demonstrate the effectiveness of the proposed methodology for constructing energy transition scenarios for countries producing and exporting oil and gas. The solution suggests a moderate increase in natural gas and hydropower production, along with a significant rise in solar and wind energy production. The results highlight the effectiveness of a rational combination of traditional and renewable energy sources during the transition period. The rule base developed in this article can be adapted to account for the priorities and constraints of a specific oil- and gas-producing and -exporting country, and the fuzzy scenarios approach can be successfully applied to address the transition challenge
Qadınlarda dismorfik pozuntunun yaranmasında sosial şəbəkələrdəki fenomen qadınların rolu
Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil
Departament: Psixologiya
İxtisas: Klinik psixologiya
Elmi rəhbər: Prof. Dr. Araz Ramiz oğlu ƏliquliyevFərqli dövrlərdə müxtəlif xəstəliklərin rast gəlinmə tezliyi, onların xüsusiyyətləri dəyişib inkişaf etdiyi kimi bu psixoloji xəstəliklərə münasibət, onların diaqnozu və müalicə üsulları da fərqli məna kəsb etməyə başlayır. Burada elmin inkişafının nəticəsi kimi biliklərin və məlumatların yenilənməsi ilə bərabər, cəmiyyətin sosial normalarında baş verən dəyişikliklər, texnika və sosial şəbəkə platformalarının da rolu böyükdür. Bu tədqiqatın məqsədi, sosial şəbəkələrin qadınlarda Bədən Dismorfik Pozuntusunun yaranmasında təsirini araşdırmaq idi. Sosial şəbəkələrin son illərdə geniş yayılması, həmçinin insanların sosial media vasitəsilə öz bədənləri ilə bağlı normativləri qəbul etməsi və müqayisə etməsi, Bədən Dismorfik Pozuntusunun yaranmasında əhəmiyyətli rol oynayır. Qadınların öz bədənləri ilə bağlı normativləri, düşüncələrinin dəyişməsi müxtəlif dövrlərdə fərqli olmuşdur. Dissertasiya işimizdə də qeyd etdiyimiz kimi, bu düşüncələrin səbəbi hər dövrdə olan müxtəlif populyar mədəniyyətlərdir. Hər dövrün öz aparıcı mədəniyyətinin olması ilə bərabər, hər dövrdə gözəllik standartlarının da kriteriyaları dəyişmiş və şaxələnmişdir. Miladdan əvvəl olan dövr, intibah dövrü, XIX əsr və günümüzdə texnologiyanın çox inkişaf etdiyi və plastik cərrahiyə əməliyyatlarının normal olmayan tərzdə artdığı dövrdə gözəllik standartları fərqli və bir-birilə ziddiyyət təşkil edən vəziyyətdədir. Bu vəziyyət hər dövrə aid populyar mədəniyyətin spektrlərinin dəyişməsinə və müxtəlifləşməsinə yol açır. Buna görə də, bəzi qadınlar sırf populyar mədəniyyətə uyğunlaşmaq üçün düşüncələrini dəyişdirir və bu da müxtəlif psixoloji pozuntulara səbəb olur. Bədən Dismorfik Pozuntusu da bu xəstəliklərdən biridir.
Bu çərçivədə aparılan tədqiqatda əsas məqsəd, sosial şəbəkələrdə aktiv şəkildə yer alan və xüsusilə bədən imicinə yönəlmiş məzmunlara daha çox məruz qalan qadınlarda bədən dismorfik pozuntusu simptomlarının hansı dərəcədə təzahür etdiyini araşdırmaq olmuşdur. Tədqiqat nəticələri göstərmişdir ki, xüsusilə “fenomen qadınlar” kimi tanınan sosial media fiqurlarının yaratdığı bədən normativləri real həyatda reallaşması çətin olan, zamanla dəyişən və psixoloji yük doğuran tələblər formalaşdırır. Bu normativlərə uyğunlaşma arzusu qadınların bədənlərinə qarşı tənqidi münasibət bəsləməsinə, güzgü qarşısında narahatlıqlarının artmasına, bəzi hallarda isə estetik müdaxilə axtarışına səbəb olur. Bütün bu hallar isə Bədən Dismorfik Pozuntusunun simptomatik strukturunu gücləndirir